BNA-da video-konfrans keçirilib

Bakı Nəqliyyat Agentliyində Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”nin müzakirəsi ilə bağlı video-konfrans formatında iclas keçirilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli sənədin ölkəmizin dinamik və hərtərəfli inkişafına təkan verməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, Milli Prioritetlər uğurla davam edən sosial-iqtisadi inkişafın Vətən müharibəsindən sonrakı dövrdə meydana çıxan yeni çağırışlar və istiqamətləri əks etdirir. Müəyyən olunmuş prioritetlər ölkə iqtisadiyyatının gücləndirilməsinə səbəb olacaq ki, bununla da əhalinin sosial rifahı daha da yaxşılaşacaq.
İdarə Heyətinin sədri xatırladıb ki, bu gün Azərbaycan inkişaf edir və ölkəmizdə yeni qlobal meyarlara uyğun iqtisadi islahatlar həyata keçirilir. Ölkə post-pandemiya və post-konflikt dövrünə qədəm qoyur. 2021‒2030-cu illəri əhatə edən dövr keyfiyyətcə yeni olmaqla strateji mərhələ hesab edilir. 10 il üçün Milli Prioritetlər ölkəmizin gələcək inkişafına mühüm töhfələr gətirəcək. Milli maraqlar, regionun yeni siyasi-iqtisadi reallığı, iqtisadi tərəqqinin ölkənin inkişafını və xalqın rifahını təmin etməsi bu proqramda öz əksini tapır.
Diqqətə çatdırılıb ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyət planında nəzərdə tutulan tədbirlərin bir çoxu məhz Milli Prioritetlərə əsaslanır. Növbəti illər üçün də fəaliyyət planları bu sənədin müddəaları əsas götürülməklə hazırlanacaq. Davamlı iqtisadiyyata töhfələr, leqal əmək münasibətlərinin təşviqi və məşğulluğun artırılması, kölgə iqtisadiyyatının azaldılması, dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi, ətraf mühit, sosial ədalət və inkluziv cəmiyyətin inkişafı Agentliyin fəaliyyətində əsas prioritetlərdəndir. Dövlət başçısının uğurlu sosial-iqtisadi siyasətinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyinin bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlərin əsas hədəfi vətəndaşa xidmət və onun rifahının yaxşılaşdırılmasıdır.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












