BNA: “Fakt təsdiqini taparsa, sərnişindaşıma şirkəti cəzalandırılacaq” - VİDEO

“İddialar sübuta yetirilərsə, həmin sərnişindaşıma şirkəti xətdən uzaqlaşdırılacaq”.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda dispenserlərə su töküldüyünə dair iddialara cavab olaraq deyib.
O bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:
“Belə faktlarla qarşılaşan şəxslərin BNA-ya müraciət etmələri xahiş olunur. Bu videogörüntülər tərəfimizdən müvafiq qaydada araşdırılacaq və iddia olunan faktın doğru olub-olmadığı müəyyən ediləcək.
Sərnişindaşıma şirkətləri tərəfindən bu cür hallara yol verilməsinə dair iddialar öz əksini taparsa, onlar qanunvericilik normaları çərçivəsində cəzalandırılacaq. Bu halda həmin daşıyıcı birmənalı olaraq marşrut xətlərindən kənarlaşdırılacaq.
Ümumilikdə bildirim ki, “BakuBus” avtobuslarında bu kimi məsələlər xüsusilə diqqətdə saxlanılır. Dispenserlər tez-tez doldurulur. Bununla yanaşı, qeyd etmək istərdim ki, həmin qutulara spirt tərkibli məhlullar tökülür. Açıq məkanda istifadə zamanı mümkündür ki, spirt bir qədər buxarlansın. Ona görə də sərnişinlərimizdən bu cür halları anlayışla qarşılamaları rica olunur.
Cəmiyyət arasında həqiqətə uyğun olmayan məlumatlar yaymasınlar. BNA tərəfindən gün ərzində avtobuslara nəzarət edilir. Bəzən belə iddialar görülən işlərə kölgə salmaq məqsədi daşıyır”.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










