"BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir"

Pandemiya dövründə ictimai nəqliyyatda əsas yük avtobus sənişindaşımasının üzərinə düşür. Belə ki, metropolitenin bağlanması ilə sərnişinlərin əksəriyyəti avtobuslara yönəlib. Elə bu səbəbdən də, Bakı Nəqliyyat Agentliyi ekspres avtobusları xəttə buraxır, digər marşrut xətlərində avtobus sayının artırılmasına çalışır. Bununla bərabər, BNA-ya qarşı müxtəlif sosial şəbəkələrdə tənqidlər səsləndirilir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov bildirdi ki, BNA bu sahədə dövlət siyasətini həyata keçirir. Bu zaman səsləndirilən hər hansı tənqidlərin arxasında qərəzli düşüncə dayana bilər, bunu inkar etmək olmaz. Eləcə də, hansısa yazının müəyyən hədəfləri ola bilər ki, bir çox hallarda bu hədəflər qərəzçiliklə bağlı olur. Bu baxımdan hesab edirəm ki, əgər quruma qarşı konstruktiv tənqid varsa, bu tənqiddən nəticə çıxarılmalıdır, əgər əsassız ittihamlar varsa, bu ittihamlar dərhal cavablandırılmalıdır".
Ekspert bildirir ki, bütün məsələləri kənara qoysaq, BNA bu gün yaranmış vəziyyətdə insanlara maksimum dərəcədə yüksək xidmət göstərməyə çalışır: "BNA yüksək sərnişindaşıma missiyasını həyata keçirməyə çalışır və bunun üçün də aidiyyəti strukturlar qarşısında zəruri öhdəliklər müəyyən edir. Onu da qeyd etmək lazımdır ki, ictimai nəqliyyatda avtobus daşımaları tamamilə BNA-nın sərəncamında deyil. Onun sərəncamında yalnız "BakuBus" MMC-dir. Digər daşıyıcı şirkətlər isə BNA-nın müəyyən etdiyi qaydalar və tövsiyələrə əsasən fəaliyyətini həyata keçirməlidir. Bu baxımdan hazırda BNA daşıyıcı şirkətlərə qarşı sərt sanksiyalar tətbiq etmir və həmin daşıyıcı şirkətləri çətin duruma salan qərarlar vermir. Daşıyıcı şirkətlərdən yaranmış pandemiya şəraitində sərnişin axınının effektiv idarə olunması prosesinə töhvə verməsi tələb olunur. Onlar da intervalların azaldılması və daha çox avtobusların xəttə buraxılması ilə bağlı zəruri addımlar atmalıdır. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Buna görə də, özəl şirkətlər kimi daşıyıcı şirkətlərə qarşı hər hansı sərt reaksiya sonradan özəl sektora olan daha sərt siyasətin sübutu kimi gətirilə bilər. Hazırda BNA bütün bunları nəzərə alaraq öz misiyası daxilində zəruri addımları atmağa çalışır".
"Pandemiya şəraitində sıxlıqların aradan qaldırılması üçün çıxış yolları axtarılır, əlavə avtobusların xəttə buraxılması və intervalların azaldılması üçün bir sıra işlər görülür. Həmçinin, metropolitenin bağlanması ilə 140-150 min əlavə sərnişin avtobuslara yönəlib. Təbii ki, bu, avtobus sektorunun yükünü artırır və onu ciddi çağırışlar qarşısında qoyur. Bu zaman müxtəlif fikirlər və tənqidlər də ola bilər. BNA heç nədən çəkinmədən öz missiyası daxilində fəaliyyətini həyata keçirməlidir", -deyə ekspert əlavə edib
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










