BNA pandemiyadan qorunmaqla bağlı yeni təşviqedici materiallar hazırlayır

“Artıq 40 gündən çoxdur ki, Bakı Nəqliyyat Agentliyinin bütün əməkdaşları səhər saat 06:00-dan 10:30-a və axşam saat 16:30-dan 20:30-a qədər avtobus dayancaqlarında, Koroğlu Nəqliyat Mübadilə Mərkəzində xidmət aparırlar və xidmət zamanı sosial məsafənin gözlənilməsi, tibbi maska taxılmasının zəruriliyini əhalinin diqqətinə çatdırırlar”.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bu sözləri “Real” TV-nin efirində Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.
“Eyni zamanda, pandemiyasının profilaktikasına dair metodiki göstərişlər hazırlanıb. Həmin metodiki göstərişlərin ictimai nəqliyyatla bağlı hissəsinin icrası çərçivəsində əlavə təşviqedici materiallar hazırlanır. Materialları nəqliyyat mərkəzlərində, dayanacaqlarda yerləşdirəcəyik ki, tibbi maska taxılmasının, sosial məsafə gözlənilməsinin zəruriliyini sərnişinlərin diqqətinə çatdıraq. Bu metodiki göstərişlərdə xüsusi ilə də piyada gəzməyin əhəmiyyəti ilə bağlı təşviqedici materiallar yerləşdiriləcək”, - deyə M.Ağayev bildirib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












