BNA: Pandemiyadan sonra kartlaşma davam etdiriləcək

“Pandemiyadan əvvəlki dövrdə avtobuslarda kartlaşma prosesi sürətlənmişdi. Bu proses təkcə Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, agentliyin tərəf müqabilləri olan xarici şirkətin nümayəndələri tərəfindən də həyata keçirilir. İndiki dövrdə uçuşlarda məhdudiyyət olduğu üçün onlar da öz ölkələrindədir. Buna baxmayaraq, proqram təminatındakı bəzi zəruri məsələlər videokonfrans vasitəsilə bizimlə onlar arasında danışılır, yəni işlərimiz davam etdirirlir. Bu pandemiya təkcə kart məsələsi deyil, bir çox məsələlərə təsirini göstərib. Pandemiyadan sonra biz hansı yerdən qalmışıqsa, o yerdən də işimizi davam etdirəcəyik”.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bunu "AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.
Agentlik rəsmisi əlavə edib ki, ümumilikdə Bakıda 2 100 avtobus fəaliyyət göstərir: “Onlardan 300 ədədi “Bakubus” MMC tərəfindən istismar olunur. Digər xətlər isə özəl daşıyıcılardadır və onların avtobuslarını biz müəyyən mərhələ ilə kart sisteminə inteqrasiya edirik. Ümumilikdə, təxminən, 30%-dən artıq avtobusda ödənişlər kart sistemi ilə edilir”.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












