BNA: “Qeyri-etik ifadələr agentliyin rəsmi hesabından yazılmayıb”
Gündəm
11 İyul 2020 00:30

“Bakı Nəqliyyat Agentliyinin “Facebook” sosial şəbəkəsindəki rəsmi hesabından Bəxtiyar Hacıyev adlı izləyicinin paylaşımına qeyri-etik ifadələr yazılması ilə bağlı məsələ nəzarətə götürülərək araşdırılıb”. Avtosfer.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. “Şərhin agentliyin rəsmi hesabından yazılmadığı müəyyən edilib. Bu cür yazı tərzi heç bir halda qəbul olunan deyil və Bakı Nəqliyyat Agentliyinin mövqeyini ifadə edə bilməz. Bakı Nəqliyyat Agentliyi hər zaman yazılan tənqidi fikirlərə qarşı dözümlülük nümayiş etdirib. Eyni zamanda şərhin saxta profil hesabından yazılmasına dair əsaslı şübhələr var və bu məsələ də ciddi şəkildə araşdırılır. İndiki həssas məqamda müəyyən maraqlı qüvvələr bu vasitə ilə vətəndaşlarda dövlət qurumuna qarşı narazılıq yaratmağa uğursuz cəhd edirlər.

Vətəndaş müraciətləri Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Vətəndaşların müraciət imkanlarını artırmaq üçün əhalinin geniş istifadə etdiyi sosial şəbəkə platformalarında Agentliyin rəsmi hesabları yaradılıb, Alo141 Çağrı Mərkəzi təşkil edilib. Vətəndaş müraciətləri eyni zamanda www.bna.az”, www.alo141.az” saytları və “141 Çağrı Mərkəzi”i vasitəsi ilə də qəbul olunmaqdadır. Vətəndaşların müraciətləri hər zaman dolğun şəkildə cavablandırılır və qaldırılan məsələlərin həll edilməsi istiqamətində işlər görülür” , - o qeyd edib.
Emin
Oxunub : 1302
DİGƏR XƏBƏRLƏR
4 Sentyabr 2026 21:00
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
4 Sentyabr 2026 18:02
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
4 Sentyabr 2026 16:00
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
4 Sentyabr 2026 15:06
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
4 Sentyabr 2026 11:30
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
4 Sentyabr 2026 11:00
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
4 Sentyabr 2026 09:39
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
3 Sentyabr 2026 18:11
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
3 Sentyabr 2026 18:04
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
3 Sentyabr 2026 17:46
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
3 Sentyabr 2026 16:16
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
3 Sentyabr 2026 14:48
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
ŞƏRH YAZ










