BNA sərt karantin rejimində göstərilən nəqliyyat xidmətini AÇIQLADI

Sərt karantin rejiminin tətbiq olunduğu 6-7 iyun 2020-ci il tarixlərində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan həyat əhəmiyyətli dövlət müəssisə və təşkilatlarına müvafiq dəstəyin göstərilməsi təmin olunub. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd olunub ki, bu məqsədlə Bakı şəhərinin müxtəlif ərazilərini əhatə edən 13 istiqamət üzrə sərnişindaşımaları icra edilib. Daşımalara ümumilikdə 40-a yaxın avtobus cəlb edilib. Əlavə sayda avtobus və sürücü heyəti isə hazır vəziyyətdə saxlanılıb. "8-iyun səhər saat 06:00-dan isə müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları bərpa olunub. Sərnişin tələbatının ödənilməsi məqsədi ilə ümumi xətlərə 1900-ə yaxın avtobus buraxılıb ki, bu da ötən ilin yay mövsümü ilə müqayisədə 15-20 % artıqdır. Həmçinin, sosial məsuliyyət nümayiş etdirərək sərt karantin rejimi qaydalaırna anlayışla riayət etdiklərinə görə vətəndaşlarımıza təşəkkür edirik. Bir daha sərnişinlərimizə ictimai nəqliyyatdan istifadə edərkən tibbi maskalardan istifadə etmələrini tövsiyə edirik".
Emin
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











