BNA sürücü vəzifəsi üzrə işə qəbul elan edir

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində “Bakubus” MMC sürücü vəzifəsi üzrə işə qəbul elan edir. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan (yaşı 23-dən az və 65-dən çox olmayan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan) sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər. Tələblərə uyğun şəxslər [email protected] elektron poçt ünvanına CV göndərə bilərlər. Həmçinin, işə qəbul barədə (012) 404-11-10 nömrəli telefona zəng edərək ətraflı məlumat almaq olar.
Fəaliyyətini tam olaraq qanunvericiliyin tələblərinə uyğun qurmaqla sərnişindaşıma sektorunda bir nümunə olan "BakuBus" MMC-də sürücü kimi çalışmağın bir sıra üstünlükləri vardır.
Belə ki;
- Əmək müqaviləsi əsasında işə qəbul;
- 2 növbəli, 8 saatlıq iş rejimi;
- Vaxtı-vaxtında aylıq əmək haqqı ilə təminat (sürücülər 800 manat);
- Gələcək pensiya təminatı;
- Vaxtaşırı mükafatların verilməsi (əmək fəaliyyətində fərqlənməyə və yubileylərə görə);
- Sosial sığorta ödənişlərinin ödənilməsinin təmin edilməsi;
- İl ərzində əmək məzuniyyətindən istifadə olunması;
- Sanatoriyalara göndərişlərin verilməsi;
- Xəstəlik müddətində xəstəlik müavinəti ilə təminat;
- Xüsusi geyim forması ilə təminat.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












