BNA Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Bakı Nəqliyyat Agentliyində Xocalı soyqırımının 28–ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Anım tədbirində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı barədə fikir mübadiləsi aparılıb. Avtosfer.az-ın məlumatına görə tədbirdə diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində Erməni vandallarının Xocalıda törətdiyi vəhşiliklərə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2009-cu ildən İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir.
Dünyanın 16 ölkəsinin parlamenti və eləcə də, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
Təbdir çərçivəsində, Erməni vandallarının Xocalıda dinc insanlara qarşı törətdiyi vəhşliyi özündə əks etdirən “Sonsuz dəhliz” filmi izlənilib.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI



















