"“Böyük Dəbilqə” turnirinin yenidən Bakıda keçiriləcəyini elan etmək mənim üçün böyük şərəfdir” - Rəşad Nəbiyev

"“Böyük Dəbilqə” turnirinin yenidən burada, gözəl Bakı şəhərimizdə keçiriləcəyini elan etmək mənim üçün böyük şərəfdir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yarışın rəsmi saytına açıqlamasında deyib.
O, bildirib ki, bu ilin Azərbaycan cüdosu üçün xüsusi əhəmiyyəti var:
“Paris-2024” Yay Olimpiya Oyunlarında Hidayət Heydərov və Zelim Kotsoyevin qazandıqları qızıl medallar xalqımıza böyük qürur hissi yaşatdı. Bu nailiyyətlər Azərbaycanın cüdo dünyasının qabaqcıl ölkələrindən birinə çevrilmək yolunda olduğunu təsdiqləyir. Bu uğurların əsasında Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi daimi dəstək dayanır”.
R.Nəbiyev son bir neçə ildə Azərbaycan cüdosunun tarixində əsl dönüşün baş verdiyini vurğulayıb:
“Tarixi mərhələlərə çatdıq və yeni standartlar müəyyənləşdirdik. Ölkənin hər yerində yüksək keyfiyyətli təlim-məşq bazaları yaradılıb ki, bu da Azərbaycanın hər bir cüdoçusuna, hətta ucqar rayonlarda belə, öz bacarıqlarını artırmaq imkanı verir. Məqsədimiz təkcə tatamidə çempionlar yetişdirmək deyil, həm də sağlam və güclü gənclərin inkişafına kömək etməkdir”.
O, belə bir mötəbər yarışın təşkilində göstərdiyi etimada və dəstəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə səmimi minnətdarlığımı bildirib:
“Bu hadisəni qeyd edərkən biz həm də 2026-cı ili böyük həyəcanla gözləyirik. Həmin ildə Bakı dünya çempionatına ev sahibliyi edəcək və ölkəmizin dünya cüdo ictimaiyyətindəki yerini daha da möhkəmləndirəcək”.
Qeyd edək ki, “Böyük Dəbilqə” turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












