Böyük-Kəsik stansiyasında qatarların dezinfeksiyası əl dəymədən aparılacaq - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədi ilə sanitariya-epidemioloji tədbirlərini gücləndirməkdə davam edir. Belə ki, Azərbaycan Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya ediləcək. Bunun üçün stansiya avtomatlaşdırılmış dezinfeksiya qurğusu ilə təmin ediləcək.
Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində yerləşən Böyük-Kəsik stansiyasında Azərbaycana Gürcüstandan yük daşımaları həyata keçirilir.
Məlumata görə, yükdaşımaların hərəkətində heç bir məhdudiyyət tətbiq edilmir. Ölkə ərazisinə daxil olan yük qatarları dəmir yolunun əməkdaşları tərəfindən dezinfeksiya edilir. Bütün vaqonlar dezinfeksiya edildikdən sonra Azərbaycan ərazisinə daxil olu”.
Xatırladaq ki, bununla əlaqədar aparılan dezinfeksiya işlərində insan əməyinin minimuma endirilməsi məqsədi ilə Astara sərhəd-keçid məntəqəsində dezinfeksiya qurğusu quraşdırılıb.
Bununla da, ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











