Böyük Şor gölü ilə bağlı analizlərin nəticəsi məlum olub

Ötən gün axşam saatlarında Bakı şəhərinin Nərimanov və Binəqədi rayonlarında ətrafa kəskin iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin su nümunəsi üzərində aparıldıqları monitorinq və analizlərin nəticələri məlum olub.
Avtosfer.az xəbər verir ki, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev nəticələrə görə nümunələrin yaşılımtıl rəngli və bataqlıq qoxulu olduğunu deyib.
O bildirib ki, codluq 1.8, xlorid ionu 15.5, ammonium ionu 5.3, sulfat ionu 2.5 dəfə çoxdur. Ümumilikdə ionlar normadan 11.6 dəfə çox qeydə alınıb.
V.Əliyev qeyd edib ki, Sobsan fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantıların da Böyük Şor gölünə axıdılması ehtimal olunur və bununla bağlı araşdırmalarımız davam edir: "Son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub".
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










