Prezident koronavirusun ikinci dalğasından danışdı

“Səhiyyəyə gəldikdə, hər kəsə aydın oldu ki, koronavirusla uğurlu mübarizədə bu, mühüm amildir. Bütün məhdudlaşdırıcı və təşkilati tədbirlərlə yanaşı, burada həlledici rolu xəstələri müalicə edən həkimlər oynayır”.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev CISCO şirkətinin rəhbərləri ilə videokonfransda deyib:
“Bu səbəbdən, çox qısa müddət ərzində bizim səhiyyə sistemimiz restrukturizasiya olundu. Biz ən yaxşı xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına verdik. Bu gün 20-dən artıq xəstəxana istifadə edilir. Deyə bilərəm ki, bəzi ölkələrdə ölüm hallarının yüksək səviyyədə olmasının səbəbi xəstəxanalarda çarpayı qıtlığı ilə əlaqəlidir. Onlar fiziki olaraq bütün xəstələri qəbul edə bilmir. Koronavirusun ikinci dalğası baş verdiyi halda Azərbaycanda kifayət qədər əlavə çarpayı mövcuddur. Beləliklə, səhiyyə sisteminin müasirləşdirilməsi heç vaxt olmadığı qədər əhəmiyyətlidir, çünki koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











