Braziliyada COVID-19-a yoluxanların sayı 2,1 milyona çatır

Braziliyada koronavirusa yoluxma iə bağlı təsdiq edilmiş halların sayı 23,5 min artıb. Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, ölkədə son 24 saat ərzində COVID-19-a yeni 23 529 yoluxma qeydə alınıb. Bununla yanaşı, 716 pasiyent ölüb. Bir gün əvvəl yoluxmanın yeni hadisələrinin artımı 28,5 min təşkil edib.
Braziliyada infeksiyanın yayılmasının bütün müddəti ərzində həkimlər virusa 2 098 389 yoluxmanı aşkar ediblər. Ölkədə COVID-19-a yoluxmuş 79 488 pasiyent ölüb. Eyni zamanda sağalanların sayı 1 371 229 nəfərə çatıb.
Braziliya koronavirusa yoluxanların sayına görə dünyada ikinci yeri tutur. Ölkədə həm də COVID-19 qurbanlarının sayına görə dünyada yalnız ABŞ-dan geri qalır.
Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (“Report”)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












