Braziliyada COVID-19 xəstələrinin sayı 1 milyona çatır

Braziliyada koronavirusa yoluxanların sayı 978 142 nəfərdir. Bu barədə Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, son bir gün ərzində təhlükəli infeksiyaya 22 765 yeni yoluxma aşkarlanıb. Amerika qitəsinin bu ölkəsində pandemiya ərzində virusa yoluxmuş 482 102 insan sağalıb. Hazırda 448 292 pasiyent həkim nəzarəti altındadır. Son məlumatlara görə, Braziliyada ümumilikdə 47 748 insan pandemiyanın qurbanı olub, ölüm faizi 4,9% təşkil edir. Səhiyyə Nazirliyi bildirib ki, son sutkada COVID-19-dan daha 1 238 ölüm qeydə alınıb. Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











