Braziliyada koronavirusa yoluxanların sayı milyon nəfərə çatır

Braziliyada koronavirus xəstələrinin sayı 955 min 377 nəfər təşkil edir. Bu barədə Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, ölkədə təhlükəli virusa 32 min 188 yeni yoluxma aşkar edilib. Virusa yoluxmuş 463 min 474 nəfər sağalıb. Hazırda daha 445 min 393 pasiyent həkim müşahidəsi altındadır.
Son məlumatlara görə, Braziliyada COVID-19-dan 46 min 510 insan ölüb. Ölkədə ölüm faizi 4,9% təşkil edir. Səhiyyə Nazirliyi son sutkada daha 1 269 ölüm qeydə alıb.
Qeyd edək ki, Braziliya dünyada koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. ("Report")
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












