BNA və TƏBİB-dən birgə aksiya; Sərnişinlərə tibbi maska paylanılır - FOTO

İctimai nəqliyyatdan istifadə edən vətəndaşların sanitar-gigiyenik maarifləndirilməsi davam etdirilir. Bu çərçivədə Bakı Nəqliyyat Agentliyi (BNA) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə aksiyaya başlayıb. Koronavirus infeksiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək xarakteri daşıyan aksiya zamanı nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, dayanacaqlarda və avtobuslarda vətəndaşlara tibbi maskalar paylanılır.
Nəqliyyat könüllüləri tibbi maskalarla yanaşı, vətəndaşlara İctimai nəqliyyatda və alış-veriş mərkəzlərində TƏBİB tərəfindən hazırlanmış koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalar, eləcə də parça maskaların hazırlanmasına dair təlimatla bağlı broşürlər paylayıblar.
Sərnişinlərə COVID-19 infeksiyasının proflaktikasına dair tövsiyələrin, o cümlədən maska taxılmasının, sosial məsafənin qorunmasının və sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi izah olunub.
İctimai nəqliyyatda maska paylanılması qarşıdakı günlərdə də davam etdiriləcək. Nəqliyyat könüllüləri hər gün səhər və axşam pik saatlarında daha sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaq.
Namiq Musayev









"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












