Musa Quliyev: “Sosial yardım təyin olunarkən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliklər vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olunması hissəsi bu layihə ilə ləğv edilir: "Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla ünvanlı sosial yardım almaq üçün müraciət edə biləcəklər. Həmçinin yeni layihə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qaldırılmasına xidmət edəcək. Yeni təklifə görə daha çox ailələr ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarda da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən isə artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”. (“Report”)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










