“Mümkün qədər açıq hava şəraitində oturmağa üstünlük verilməlidir” - Nuran Abdullayev

Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması və bir çox qadağaların götürülməsi özü ilə bərabər xeyli suallar gətirib. Məsələn, restoran və başqa iaşə müəssisələrinin fəaliyyətinə icazə verilməsi virusa yoluxma riskini artıra bilərmi? Bu xidmətlərdən istifadə etmək istəyən insanlar hansı məqamlara fikir verməlidir? Obyekt sahibləri hansı şərtləri nəzərə almalıdırlar? Yoluxma təhlükəsi restoran şəraitində hansı dərəcədə artır? Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-ın suallarını Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev cavablandırır.
N.Abdullayev bildirir ki, artıq bütün dünyada pandemiya ilə mübarizənin ikinci mərhələsi başlayıb. Belə ki, fərqli ölkələrdə tətbiq edilən xüsusi rejim şərtləri yumşaldılır və bir çox qadağalar götürülür: “Konkret olaraq bizim ölkə barədə danışsaq, bu heç də o anlama gəlməli deyil ki, Azərbaycanda virus artıq bitib. Ölkəmizdə əhalinin neçə faizinin virusa yoluxmasından asılı olmayaraq, hər kəs bu günə qədər elmə məlum olan və deyilən vacib məqamlara, ən önəmlisi, məsafənin saxlanılması və maskalardan istifadəyə əməl etməlidir”.
Müsahibimiz hesab edir ki, restoranların açılması ilə bağlı nəzərə alınması vacib olan məsələlər var: “Virusa yoluxma hava-damcı yolu ilədirsə burada damcı qədər mühüm amil aerozollardır. Aerozollar çox kiçik ölçüdə olurlar (5 mikrometrdən kiçik) və onları normal gözlə görmək olmur. Aparılan son elmi tədqiqatlar onu göstərir ki, virus daşıyıcısı olan xəstə otaq şəraitində 1 dəqiqədə 1000 dən çox virusla yüklənmiş aerozol xaric edir ki, bu da minimum 12 dəqiqədən tutmuş bir neçə saata qədər havada qala bilir. Tədqiqatlarla sübut edilib ki, bu aerozollar təkcə öskürərkən və asqırarkən deyil, hətta danışarkən də xaric olur. Aerozolun ölçüsü nə qədər kiçik olursa, virus yükü də o qədər az olur. Bir də hər kəsin nəzərə alacağı məqam ondan ibarətdir ki, yoluxma şansı otağın ölçüsü kiçildikcə böyüyür”.
Nuran Abdullayev bu riskləri nəzərə alaraq, bəzi tövsiyələrə əməl olunmasını vacib sayır: “Restoranlarda otaq şəraitində oturmaqdan mümkün qədər imtina etmək lazımdır. Hətta 2 metrlik məsafə gözlənsə belə. Çünki yuxarıda qeyd etdiyimiz aerozollar otaq şəraitində havada qalır. Əgər otaq şəraitindən imtina mümkün deyilsə, otağın havalandırılması vacibdir. Bu da mümkün deyilsə, heç olmasa, otağın pəncərəsini açıb, havanın çölə çıxmasını təmin etmək lazımdır.
Bir daha təkrar edirik, açıq hava şəraiti daha təhlükəsizdir və mümkün qədər açıq hava şəraitində oturmağa üstünlük verilməlidir, çünki açıq havada aerozollar tez bir zamanda virulentliklərini itirib, yox ola bilirlər”.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










