Britaniyada bir gündə COVID-19-dan 128 insan ölüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 42 589 nəfərə çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Qeyd edilir ki, krallıq ərazisində bir gün ərzində koronavirus qurbanlarının sayı 128 nəfər artıb.
Son sutkada virusa yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 1 295-dir. Bununla da Britaniyada COVID-19-a yoluxanların ümumi sayı 303 110 nəfərə çatıb.
Məlumata görə, ötən gün krallıq ərazisində virusdan ölənlərin sayı 173 nəfər təşkil edib, 1 346 nəfər COVID-19-a yoluxub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (“Report”)
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA











