BŞBPİ Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib - FOTO

Fevralın 25-də keçirilən mərasim soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Avtosfer.az xəbər verir ki, anım mərasimində çıxış edən Bakı şəhər BPİ-nin rəis müavini, polis polkovniki Nurullah Məmmədxanlı Xocalı faciəsinin qanlı cinayət hadisələrindən biri kimi tarixə düşdüyünü bildirib. Rəis müavini qeyd edib ki, 28 il əvvəl erməni silahlı dəstələri dinc əhaliyə divan tutub. Bu qırğın nəticəsində 613 nəfər həlak olub. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi, 8 ailə tamamilə məhv edilib.
Daha sonra Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev faciə ilə bağlı ətraflı çıxış edib.
Mərasim iştirakçılarının nəzərinə çatdırılıb ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır.
Xocalı soyqırımına siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri yada salınıb, məhz ulu öndərin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunan xüsusi iclasının keçirildiyi, hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul olunduğu diqqətə çatdırılıb.
Xüsusilə vurğulanıb ki, bu gün əmin-amanlıq və yüksək sabitlik şəraitində inkişaf edən Azərbaycanın bir daha faciələrlə üzləşməməsi üçün xalqımız ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib, onun siyasətini dəstəkləyir.
Mərasimə yekun vuran rəis müavini Nurullah Məmmədxanlı ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına əminliyini bildirib, bunun üçün sabitliyin, ictimai təhlükəsizliyin etibarlı qorunmasının əhəmiyyətli olduğunu vurğulayıb.
Gültən Qədirli
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB












