Tarif Şurasından metroda gediş haqqının artırılacağı xəbərlərinə - RƏSMİ AÇIQLAMA

Son günlər Bakı metrosunda gediş haqqının qalxması ilə bağlı müxtəlif fikirlər səslənir.
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov da açıqlama verib. Qurum rəsmisi bildirib ki, metropolitendə qiymət dəyişikliyi birbaşa olaraq Tarif Şurasının səlahiyyətində olan məsələdir.
Məsələ ilə bağlı Tarif Şurası ilə əlaqə saxladıq.
Qurumdan BAKU.WS-in sualına cavab olaraq bildirildi ki, hazırda Bakı metrosunda gediş haqqının qaldırılması ilə bağlı müzakirə aparılmır.
“Bakı metrosunda gediş haqqının dəyişdirilməsi məsələsi hazırda müzakirə olunmur. Bu barədə Bakı metrosunun rəhbərliyindən Tarif Şurasına müraciət daxil olmayıb”, - deyə qurumdan bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov jurnalistlərə açıqlamasında sərnişinin daşınma xərcinin 48-56 qəpik arasında dəyişə biləcəyini bildirmişdi. Sədrin sözlərinə görə, hazırda bu rəqəm 52 qəpiyə yaxındır.
Xatırladaq ki, Bakı metrosunda gediş haqqı 30 qəpikdir.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












