BTQ-də yük daşımanın daha da artırılmasının şərtləri açıqlandı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinnin yük daşımada Çindən Avropaya qədər bir alternativ rolunu oynaması Türkiyənin prioritetləri arasındadır.
Avtosfer.az xəbər ki, bunu “Report”a Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlu bildirib.
Onun sözlərinə görə, bu çərçivədə rəsmi Ankara BTQ-ni Türkiyə ixrac mallarının Orta Asiya ölkələrinə daşınması üçün vacib bir yol hesab edir:
“Aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə zirvə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BTQ-nın daha təsirli və intensiv istifadə ehtiyacını gündəmə gətirdi. Türkiyə prezidenti BTQ xətti ilə gündə əlavə 3 500 ton yük daşımaq üçün səy göstərilməli olduğunu vurğuladı. Bu məqsəd üçün Türk Şurasına üzv ölkələri arasında keçid kvotalarında, sürücü vizaları kimi məsələlərində işin asanlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
"Ro-Ro" xətlərində rüsumların azaldılması, lazımi əlavə sənədlərin təqdim edilməsi və qarşılıqlı əlaqə çərçivəsində ödənişlərin qaldırılması BTQ-nin yükləmə qabiliyyətini artıracaqdır. Xüsusi ilə hazırda koronavirus pandemiyasına görə ənənəvi yük daşımada hazırda müəyyən qədər ləngimələr müşahidə edilir. Lakin BTQ insan olmadan, təmassız yükdaşımanı təmin etdiyinə görə Türk Şurası ölkələri arasında vacib bir missiyanı öz üzərinə götürə bilər".
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ










