BTQ ilə hərəkət edən 82 konteynerdən ibarət qatar Bakıya çatıb

Operatoru “ADY Konteyner” şirkəti olan, Türkiyədə istehsal olunan ixrac məhsullarını daşıyan 940 metr uzunluğunda, 82 konteynerdən ibarət qatar artıq Bakıya çatıb. Qatardakı yüklər Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan üçün nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, "Report"a qurumdan verilən məlumata görə, blok qatardakı 20 konteynerin son təyinat məntəqəsi Azərbaycandır. Konteynerlərdən 30-u Ələt limanından gəmilərlə Türkmənbaşı, 24-ü Aktau, 8-i isə Kurık limanlarına çatdırılacaq.
Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə indiyə qədər hərəkət edən ən uzun qatardır. Qatarın Türkiyədən Özbəkistana qədər məsafəni 9 günə qət edəcəyi gözlənilir.
Daşımanın Azərbaycan, Türkmənistan və Özbəkistan üzərindən operatoru “ADY Konteyner” şirkətidir.
Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 30 oktyabr 2017-ci ildə açılıb. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












