BTQ-yə çıxış Orta Asiya respublikalarına nə verəcək? (RƏY)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş zirvə görüşündə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Orta Asiyayadək uzadıla biləcəyini deyib.
Məsələni şərh edən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Ann.az-a bildirib ki, bu koridorun Orta Asiya respublikalarına yükdaşımaları diversifikasiya etmək imkanı verəcəyini deyib.
Onun sözlərinə görə, yerləşdiyimiz bölgənin mürəkkəb geosiyasi mənzərəsi baxımından həmin ölkələr daha etibarlı dəhlizlə Avropa bazarına çıxış əldə edəcəklər:

"Onlar daha əvvəl yüklərin daşınmasını yalnız şimal marşrutu üzrə Rusiya üzərindən həyata keçirirdilərsə, indi Azərbaycan üzərindən BTQ ilə həm Çinin, həm də öz yüklərini Avropa İttifaqına çatdıra bilərlər. Eyni zamanda bu dəhlizlə yükdaşımalar gəmi nəqliyyatına nisbətən daha tez avtomobil və hava nəqliyyatı ilə müqayisədə isə daha ucuz başa gəlir. Lakin BTQ-nin cəlbediciliyini artıra biləcək vacib amil sürətdir. Koridor üzrə orta sürət həddinin artırılmasına ehtiyac var. Bunun üçün, ilk növbədə, mövcud infrastrukturun modernizasiya olunmasına investisiyalar artırılmalıdır”.
Xatırladaq ki, BTQ 2017-ci ilin oktyabrın 30-da açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur.
BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür.
Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










