Bu avtomobillərdə kritik təhlükəsizlik problem; kütləvi yoxlama başladı

Yaponiyanın avtomobil istehsalçısı Honda təhlükəsizliklə bağlı texniki nasazlıq səbəbindən ABŞ bazarında genişmiqyaslı geri çağırma kampaniyasına başlayıb.
Avtosfer.az xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, ön sərnişin oturacağında yerləşən çəki sensorunda istifadə olunan kondensator nəmə məruz qaldıqda çatlaya və nəticədə qısaqapanma yarada bilər.
Mütəxəssislərin bildirdiyinə görə, bu nasazlıq müəyyən hallarda ön sərnişin hava yastığının və diz hava yastığının qəfil açılmasına səbəb ola bilər. Bu isə xüsusilə uşaq oturacağında əyləşən körpələr və ya çəkisi müəyyən həddən aşağı olan sərnişinlər üçün ciddi təhlükə yaradır.
Şirkətin məlumatına əsasən, mayın 14-dək sözügedən nasazlıqla bağlı 228 zəmanət müraciəti daxil olub. Bildirilib ki, 4 fevral 2021-ci ildən 30 oktyabr 2025-ci ilədək ABŞ-də bu problem səbəbindən hər hansı ölüm və ya xəsarət hadisəsi qeydə alınmayıb.
Geri çağırma kampaniyası "Honda Civic", "Honda Civic Hatchback", "Honda Civic Type R", "Honda Accord", "Honda Accord Hybrid", "Honda CR-V", "Honda CR-V Hybrid", "Honda Odyssey", "Honda Pilot", "Honda Ridgeline", "Honda HR-V", "Honda Passport", "Honda Insight", "Honda Fit", "Acura MDX", "Acura RDX" və "Acura TLX" modellərini əhatə edir. Söhbət əsasən 2016–2026-cı illər arasında istehsal edilmiş avtomobillərdən gedir.
Şirkət bildirib ki, iyulun 6-dan etibarən geri çağırmaya daxil olan avtomobillərin qeydiyyatdan keçmiş sahiblərinə rəsmi bildiriş məktubları göndəriləcək. Avtomobil sahiblərindən nəqliyyat vasitələrini ən yaxın səlahiyyətli “Honda” və ya “Acura” servis mərkəzinə təqdim etmələri xahiş olunacaq.
Şirkətin açıqlamasına görə, nasaz oturacaq çəki sensorları servis mərkəzlərində tamamilə ödənişsiz şəkildə yeniləri ilə əvəz olunacaq. Bundan əlavə, avtomobil sahibləri müştəri xidmətləri vasitəsilə əlavə məlumat və texniki dəstək ala biləcəklər.
“Honda” vurğulayıb ki, geri çağırmanın əsas məqsədi mümkün təhlükəsizlik risklərinin qarşısını almaq və sürücü ilə sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.
Eltac Zülfüqaroğlu
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












