Bu gün Bakıda üzərindən dəmir yolu xətti keçən iki avtomobil tunelinin açılışı keçirilib - FOTO

Bu gün Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində yerləşən avtomobil tunelinin açılış mərasimi keçirilib.
Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov və qurumun digər rəsmi şəxsləri iştirak ediblər.
Tədbirdə verilən məlumata görə, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burda avtomobillərlə yanaşı, piyadaların hərəkəti üçün səki də salınıb. Bu isə tuneldən piyadaların da keçid kimi istifadə edə bilməsinə imkan verəcək.
Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb.
Qeyd edək ki, Sabunçu qəsəbəsində tikinti işlərinə ötən ilin avqustun 23-dən başlanılıb.
Tikintisi tamamlanan digər tunel isə Keşlə dəmir yolu stansiyasının yaxınılığında, M.Ə.Sabir küçəsində inşa edilib. Tunelin uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metrdir. Bu ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da əlavə vaxt itkisi deməkdir. Bu tunel belə halları aradan qaldıracaq, hərəkətin təhlükəsizliyini təmin edəcək. Tuneldə piyadaların təhlükəsiz hərəkətinə şərait yaradılıb.
Qeyd edək ki, Keşlədə tunelin tikintisinə ötən ilin mayından başlanılıb.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI



















