BNA dispetçer vəzifəsinə qəbulla bağlı imtahan keçirib - FOTO

Bu gün, Bakı Nəqliyyat Agentliyi (BNA) dispetçer vəzifəsinə qəbulla bağlı imtahan keçirib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, ədalətlilik, obyektivlik və şəffaflığın təmin olunması, müvafiq qanunvericiliyin tələblərinə riayət olunması Bakı Nəqliyyat Agentliyinin insan resurslarının idarə olunmasında əsas prinsiplərdəndir. Məqsəd mövcud vakansiya üzrə müraciət edən vətəndaşa potensialını, bilik və bacarığını nümayiş etdirməsi şəraiti yaratmaq, layiqli namizədin işə qəbuludur. Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinə Dispetçer vəzifəsi üzrə işə qəbul prosesi də bu məqsədə uyğun formada keçirilir. Qeyd olunan vakansiya ilə bağlı elektron formada müraciət edən 300-dən çox namizəd sırasından qoyulan tələblərə cavab verən 80 nəfər seçilərək test imtahanına cəlb edilib. 13, 14, 17 və 18 avqust tarixlərində keçirilən imtahanlar pandemiya şərtləri nəzərə alınmaqla təşkil olunur. İmtahanda namizədlərə ixtisas, qanunvericilik, dünyagörüşü və məntiqi təfəkkürlə bağlı ümumilikdə 40 sual təqdim olunur. Növbəti mərhələyə keçmək üçün namizədlər sualların 50%-ni düzgün cavablandırmalıdır. Hər sual 1 balla qiymətləndirilir. Növbəti mərhələdə isə uğur qazanan namizədlərlə müsahibə olacaq.
Məlumat üçün bildiririk ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti marşrut xətləri üzrə avtobusların bir mərkəzdən idarə olunmasına imkan yaradacaq. Bu isə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir. Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti real vaxt rejimində avtobusların hərəkət sxeminə, qrafikə riayət olunmasına, sürücülərin davranışlarına daha çevik və şəffaf nəzarət etməyə imkan yaradır.
Namiq Musayev
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb














