"Bu gün səhər 24 marşrut xətti üzrə avtobuslarda ciddi gecikmələr olub"

Xüsusi karantin rejiminin bitməsi ilə əlaqədar iyunun 16-sı səhər saatlarından Bakı şəhərinin giriş və çıxışlarında nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildiriib ki, uzun növbəli tıxacların olması cənub və şimal istiqamətindəki ətraf qəsəbələrdən gələn 24 müntəzəm marşrut xətti üzrə avtobuslararası intervalda ciddi gecikmələrə səbəb olub: "Bildiririk ki, Bakı şəhərinin giriş və çıxışlarında mövcud vəziyyətin yaranması xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrdə çalışan bəzi şəxslərin onlara verilən bu imtiyazdan sui-istifadəsi ilə bağlıdır. Avtomobilləri ilə hərəkətlərinə icazə verilməsindən şəxsi maraqlar üçün istifadə edən həmin vətəndaşlar sərtləşdirilmiş rejim günlərindən öncə qeyri-qanuni olaraq respublikanın müxtəlif regionlarına gediblər".
Bu cür sui-istifadə hallarının yolverilməz olduğunu qeyd edən BNA rəsmisi vətəndaşlara xüsusi-karantin rejimi qaydalarına anlayışıla yanaşmağı tövsiyə edib.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












