Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruz bayramından əvvəlki üçüncü çərşənbə - Yel çərşənbəsi qeyd olunur. Avtosfer.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mifologiya şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova “Report”a bildirib ki, buna el arasında “Külək oyadan çərşənbə” də deyirlər.
O xatırladıb ki, yazın gəlişi havaların isinməsi ilə bağlıdır: “Yel çərşənbəsi də havaların isinməsindən ilkin xəbər verdiyinə görə belə adlanır. İnanca görə bu çərşənbədə qış əldən düşmüş vəziyyətdə köçünü sürür. Qar əriyir, suyun buzu sınır, torpaq canlanmağa başlayır. Gün ərzində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir”.
Mütəxəssis vurğulayıb ki, Yel çərşənbəsinin də özünəməxsus adət-ənənəsi var: “Bunlardan biri də cıdır falıdır və bunu da kəndin oğlanları icra edir. Cavanlar cıdıra gedərək hansısa atı ürəklərində nişanlayıb niyyət tutarlar. Kimin işarələdiyi at birinci olarsa, onun niyyətinin yerinə yetəcəyinə inanılır. Yel kimi qaçan atan sahibini il ərzində bol ruzi gözləyər”.
S.Qasımova həmçinin əlavə edib ki, bəzi bölgələrdə həmin gün yaxınların məzarları ziyarət olunur, ruhlarına dualar oxunur, ərazidə təmizlik işləri aparılır.
Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
Xatırladaq ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri qeyri-iş günüdür. Beləliklə, bu il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-da iş olmayacaq.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












