Bu gün zəlzələlər adi hala çevrilib - Prezident

Bakıda Türk Dövlətləri Təşkilatının fövqəladə hallar nazirlərinin iclasının işə başlaması çox önəmli hadisədir. Əminəm ki, iclas çox yaxşı keçəcək, nəticələr də çox uğurlu olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin iştirakçıları ilə görüşdə deyib.
İki aydan sonra türk dövlətlərinin başçıları səviyyəsində Zirvə görüşünün keçiriləcəyini vurğulayan Azərbaycan Prezidenti bildirib: “İndi Zirvə görüşünə böyük hazırlıq işləri gedir, o cümlədən fövqəladə halların idarə edilməsi istiqamətində də işlər gedir. Bildiyimə görə, iclasda, o cümlədən qarşılıqlı yardım haqqında sazişin hazırlanması da nəzərdə tutulmuşdur. Buna böyük ehtiyac var. Çünki hamımız yaxşı bilirik ki, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayı kəskin artıb. Bunun bir çox səbəbləri var. Ancaq fakt odur ki, bu gün misli görünməmiş ölçüdə daşqınlar, zəlzələlər, yanğınlar adi hala çevrilib”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












