Bu halda tıxacda qalan və vaxt itirən avtobuslara rast gəlməyəcəyik - EKSPERT

Avtobusların tıxaclarda qalması və müəyyən olunmuş intervalların pozulması ilə sərnişin sıxlıqlarının meydana gəlməsi ictimai nəqliyyatın əsas problemlərindən biridir. Özəlliklə də, karantin dövründə avtomobillərin yoxlanılması üçün yaradılan postlar müəyyən sıxlıqların yaranmasına səbəb olur ki, bu zaman sıxlıqlardan ən çox əziyyət çəkən ictimai nəqliyyat sektoru olur. Avtobus intervallarının pozulması və sərnişin narazılıqları xüsusi avtobus zolaqlarının tətbiqi məsələsini bir daha aktual edir.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az saytına açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildridi ki, ictimai nəqliyyatda xidmət keyfiyyətinin əsas şərtlərindən biri sərnişinlərin vaxt itirmədən təyinat ünvanına çatdırılmasıdır: "Əgər avtobusda biz kütləvi şəkildə gecikmələr, vaxt itkiləri və vaxt ilə bağlı digər xoşagəlməz hallar ilə rastlaşırıqsa, bunun səbəbi müyyən olunmuş intervalda sərnişinlərin ünvana çatdırılmamasıdır. Müxtəlif küçə və prospektlərdə xüsusi avtobus zolaqlarının çəkilməsi sözügedən vaxt itkisinin qarşısını ala bilər".
Ekspertin fikrincə, ictimai nəqliyyat üçün nəzərdə tutulan zolaqlar bir-birinə bağlı olmalıdır: "Bu halda avtobusların maneəsiz hərəkəti mümkündür. Xüsusi zolaqların yaradılması yalnız koronavirus dövründə deyil, bütün dövrlərdə önəm kəsb edən məsələdir. İctimai nəqliyyatın rahat və sürətli olması üçün xüsusi zolaqların tətbiqi olduqca vacibdir. Çünki xüsusi zolaqlarda yalnız avtobuslar üçün hərəkətə rəvac verilir ki, bu halda sərnişinlər vaxt itirmədən bir dayanacaqdan digər dayanacağa getmiş olurlar. Bu, həm sərnişinlərin, həm də daşıyıcı şirkətlərin maraqlarına cavab verir. Hazırda Bakının bəzi küçələrində xüsusi zolaqlar olsa da, bu zolaqların bir-biri ilə əlaqələndirilmiş arteriyaları hələ ki yoxdur. Əgər bu şəbəkə qurularsa, gələcəkdə tıxacda qalan və vaxt itirən avtobuslara rast gəlməyəcəyik və sərnişinlər vaxt itirmədən təyinat ünvanına çatacaqlar".
"Avtobusun vaxt itirmədən ünvana çatdığını görən sərnişin təbii ki, ictimai nəqliyyatın imkanlarından maksimum yararlanmağa çalışacaq. Sıxlıq və tıxac problemindən irəli gələn vaxt intervallarının pozulması halları olmazsa, biz avtobusdan daha çox insanın istifadə etdiyinin şahidi olarıq. Bu da digər nəqliyyat vasitələrindən istifadə edən insanların sayının azladılmasına səbəb ola bilər", - deyə ekspert əlavə edib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












