Bu il Bakıda 143 hadisənin üstü açılıb

"Nəqliyyat vasitələrindən oğurluq cinayətlərinin açılması ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verilir".
Avtosfer.az xəbər verir ki, bu barədə cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin bildirib.
Qeyd edilib ki, qabaqcıl metodoloji kriminalistik üsullar tətbiq olunmaqla keçirilən əməliyyat-axtarış tədbirlərilə paytaxtda cari ildə 143 hadisənin üstünün açılması təmin olunub: "Hər bir fakt üzrə şübhəli şəxslərin yeri və şəxsiyyəti müəyyən olunaraq istintaqa təhvil verilib. Fəaliyyət sahəmiz təkcə cinayətlərin qarşısının alınması və açılması ilə yekunlaşmır. Bizim üçün əsas meyar baş verən cinayətin üstünün açılması ilə yanaşı, qabaqlayıcı-profilaktik tədbirlərin genişlənməsidir. Tərəfimizdən analitik təhlil və araşdırmalar aparılmaqla qabaqlayıcı tədbirlər işlənib hazırlanaraq, icraya yönəldilir. Burada əsas məqsəd paytaxt sakinlərinin maarifləndirilməsidir.
Ümumləşdirmələr göstərir ki, nəqliyyat vasitələri əsasən sahibinin viktim davranışı (zərərçəkmiş şəxsin cinayətin törədilməsi üçün yaratdığı şərait) zəminində talana məruz qalır. Bu, həm də əmlak sahibinin öz mülkiyyətinə olan münasibətindən asılıdır. Nəqliyyat vasitələrinin sahibləri avtomobilləri əsasən mühafizə olunmayan, işıqlandırılmayan, yaxud “Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənar, gediş-gəlişin az olduğu küçələrdə saxlamaları müşahidə olunur. Bütün bunları nəzərə alaraq, nəqliyyat vasitələri park olunarkən sürücülər elementar qaydalara əməl etməli, viktimoloji şəraiti nəzərə almalı, avtomobillərin salonunda qiymətli əşyaların saxlanmamasına fikir verməlidir".
Məlumatda vurğulanıb ki, Daxili İşlər nazirinin rəhbərliyi altında BŞBPİ-nin rəhbərliyi paytaxt ərazisində hüquqazidd əməllərin, o cümlədən hazırlanan, törədilən cinayət faktlarının açılması, qarşının alınması və araşdırılmasına nəzarətin həyata keçirilməsini təmin etməklə, bütün zəruri əməliyyat-istintaq xidmətlərinin, həmçinin rayon polis orqanlarının bu istiqamətdə tədbirlərinin görülməsini diqqət mərkəzində saxlayır.
Gültən
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










