Bu il çimərlik mövsümü ərzində neçə nəfər boğulub? - RƏSMİ AÇIQLAMA

Yay mövsümünün başlaması ilə dəniz və digər su hövzələrində boğulma hadisələrinin sayı yenidən gündəmə gəlib. Son iki-üç ay ərzində qeydə alınan hadisələr bir daha göstərir ki, təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır nəticələrə səbəb olur.
Avtosfer.az xəbər verir ki, son iki ay ərzində ölkə üzrə suda boğulma hadisələri nəticəsində 15 nəfər həyatını itirib, 16 nəfər xəstəxanaya təxliyə edilib, 6 nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib. Bu müddətdə suda boğulma təhlükəsi ilə üzləşən şəxslərin əksəriyyətinin nəzarətsiz və çimmək üçün nəzərdə tutulmayan ərazilərə üz tutduğu bildirilir.
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən çimərlik mövsümü ərzində 33 nəfər, ümumilikdə isə il ərzində suda boğulma təhlükəsi ilə üzləşən 39 nəfər xilas edilib:
"Xidmətin nəzarətində olan çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Vətəndaşlara müraciət edilərək bildirilir ki, çimərlik seçərkən diqqətli olmaq vacibdir. Əgər hər hansı çimərlikdə xilasedicilər xidmət göstərmirsə, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin təmin olunmadığını göstərir və belə yerlərdə çimmək təhlükəlidir. Təhlükəsiz istirahət üçün hava şəraiti və günün saatı da mühüm əhəmiyyət daşıyır. Küləyin sürəti saniyədə 10 metrdən çox olduqda çimərliklərdə suya girmək qadağandır. Nəzarət olunan çimərliklərdə xilasedicilərin xəbərdarlıq və göstərişlərinə mütləq əməl edilməlidir. Spirtli içki qəbul etdikdən sonra suya girmək, sərhəd nişanlarını keçmək, suda kobud hərəkətlər etmək, həmçinin xilasedici texnika və vasitələri istisna olmaqla digər su nəqliyyatı vasitələri ilə çimərlik ərazilərinə daxil olmaq qadağandır. 13 yaşınadək uşaqlar yalnız valideynlərinin nəzarəti ilə çimərlikdən istifadə etməli, heç bir halda nəzarətsiz buraxılmamalıdır.
Çimərliklərdə təhlükəsiz istirahət üçün tövsiyə olunan vaxt səhər saat 09:00-dan axşam saat 20:00-dəkdir".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bildirib ki, 2026-cı ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərinin Şüvəlan çimərliyində baş vermiş suda boğulma hadisəsi ilə bağlı 3 müraciət daxil olub:
"Müraciət edənlərdən 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb, 1 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. İyun ayı ərzində günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hər hansı müraciət qeydə alınmayıb".
Fatimə
Azərbaycanda benzin və dizel BAHALAŞIR?
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA










