Bu il “Şərq” vaqon deposunda 202 vaqon təmir edilib

Azərbaycanda dəmir yolu ilə yükdaşımaların fasiləsiz olması üçün yük vaqonlarının cari və depo təmirləri vaxtında həyata keçirilməlidir. Odur ki, "Azərbaycan Dəmir Yolları" QSC -nin (ADY) törəmə müəssisəsi - “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən və Bakının Ələt qəsəbəsində yerləşən “Şərq” vaqon deposu, koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi şəraitində fəaliyyətini davam etdirir.
Bu barədə ADY-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin göstərişi əsasında və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlarına uyğun olaraq, “Şərq” vaqon deposunun fəaliyyətinin davam etdirilməsi üçün depo ərazisində xüsusi rejim tətbiq edilib. Depoda çalışan əməkdaşların təhlükəsizliyini qorumaq məqsədi ilə bütün lazım olan tədbirlər həyata keçirib. Depoda növbəli
iş rejimi yaradılıb, dezinfeksiya işləri mütəmadi olaraq aparılır, əməkdaşlar şəxsi qoruyucu alətlərlə təmin edilib.
Bunun nəticəsində “Şərq” vaqon deposunda vaqonların təmiri prosesi dayandırılmayıb. Deponun nəzdində fəaliyyət göstərən bütün sexlərdə işlər əvvəlki qaydada aparılır. Mürəkkəb şəraitində davam etdirilən istehsalat prosesi, yük vaqonlarının vaxtında təmir işlərinin yekunlaşdırılması və yüklərin nəqlində istifadə olunmasına şərait yaradır. 2020-ci ilin ilk 3 ayı ərzində, “Şərq” vaqon deposunda ümumən 202 vaqonun cari və depo təmiri həyata keçirilib. Onlardan arasında 94 ədəd çən vaqon, 42 yarımvaqon, 4 örtülü vaqon, 51 refrejirator və 11 platforma təşkil edib.
Xatırladaq ki, depo 2018-ci ilə aprel ayından “ADY Express”in tərkibinə daxil edilib və elə həmin gündən burada yenilənmə prosesinə start verilib. Paralel olaraq texnoloji proses, vaqonların təmiri işləri davam etdirilir.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










