"Bu il Sofiya-Bakı birbaşa aviareysinin bərpasına ümid edirik" - Hüseyn Hüseynov

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu il Sofiya-Bakı arasında birbaşa aviareysin bərpasına ümid edir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə o, yerli NOVA TV-yə müsahibəsində danışıb.
Diplomat bildirib ki, Azərbaycan təkcə region üçün deyil, bir çox səbəblərə görə dünyada məşhur turizm məkanıdır:
"Bizdə 11 iqlim qurşağından doqquzu var, ona görə də sahəsi 86,6 min kvadratkilometr olan ölkədə qarlı dağlar, Xəzər dənizi, subtropik ərazilər, çoxlu sayda təbii gözəllik var. Azərbaycanda çox sayda dini məbəd, kilsələr, məscidlər və sinaqoqlar var, bu da ölkəmizin multikultural və tolerant olduğunu göstərir. Yaz və yay ayları üçün Sofiya və Bakı arasında birbaşa aviareysin bərpa olunmasına ümid edirik. Bu, turistlərə ölkəmizi ziyarət etmək və Azərbaycan qonaqpərvərliyindən həzz almaq üçün gözəl bir fürsət yaradacaq".
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













