Bu küçədə avtobuslar hərəkəti çətinləşdirir – Sürücülər ŞİKAYƏTÇİDİR - VİDEO

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində sürücülər hərəkətdə ciddi çətinliklərlə üzləşirlər.
Avtosfer.az-a müraciət edən izləyicilərdən biri video ilə birlikdə məlumat verib. Onun sözlərinə görə, avtobus sürücüləri onlara ayrılmış zolaqda hərəkət etmirlər, əksinə, nəqliyyat vasitələrini digər zolaqlarda saxlayaraq sərnişin mindirib-düşürürlər. Videodan görünür ki, ard-arda düzülən avtobuslar yolu demək olar ki, tamamilə iflic vəziyyətinə gətiriblər və qalan yeganə zolaqla hərəkəti də çətinləşdirirlər.
Daha sonra hərəkətə başlayan avtobuslar ən sol zolağa manevr edərək oradakı avtomobillərə qəza şəraiti yaradırlar. İzləyici əlavə edib ki, sözügedən ərazidə günün istənilən saatında oxşar vəziyyət müşahidə olunur.
Əldə etdiyimiz məlumata görə, avtobusların bu cür hərəkət etməsinə səbəb dayanacaqların taksi sürücüləri tərəfindən tutulmasıdır. Nəticədə avtobuslar digər zolaqlara keçərək həm sürücülərin hərəkətini çətinləşdirir, həm də sərnişinlərin təhlükəsizliyini riskə atırlar. Lakin videoda görünür ki, avtobus sürücüləri yalnız bir deyil, digər zolaqları zəbt ediblər.
Nərmin
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI












