Bu maskalar niyə 10 manata satılır? - Açıqlama

Koronavirusdan qorunmaq üçün nəzərdə tutulmuş vasitələrdən biri də 3D texnologiyası ilə hazırlanan şəffaf maskalardır. Artıq sosial şəbəkələrdə bu maskaları satan şirkətlərə rast gəlinir. Bu maskalar bəzi yerlərdə 4, bəzi yerlərdə isə 6-10 manatadır.
Maraqlıdır, bu maskaların nə kimi üstünlüyü var və qiymət fərqi nədədir?
Məsələ ilə bağlı danışan professor Adil Qeybulla bildirib ki, şəffaf üz maskalarından istifadə zamanı burun aerozolu sifətə deyil, şəffaf səthə düşür və bu, daim ünsiyyətdə olan şəxslər üçün əlverişlidir: "Ağız və burun aerozolunun qarşısını almaq üçün müxtəlif maskalar var. Bunlar təbii ki, virusun keçiriciliyinə, istifadə müddətinə görə müxtəlif cür olur. Elə maskalar var ki, bir neçə saatlıq, eləsi də var ki, bir neçə günlük olur. İnsanlarla daim ünsiyyətdə olan şəxslər üçün şəffaf maskalardan istifadə daha təhlükəsizdir. Çünki biz tez-tez əlimizi üzümüzə vurduğumuz üçün bu yolla virusun buruna, o cümlədən bədənə keçməsi mümkündür. Bu şəffaf maskalar nəticəsində burun aerozolu sifətə deyil, şəffaf səthə düşür".
Ekspert sözügedən maskaların müxtəlif qiymətə təklif edilməsinə də münasibət bildirib: "Bu maskaların qiyməti şəffaf plastikin qalınlığından və mexanizmindən asılı olaraq dəyişir. Bəziləri hərəkətsizdir, yəni üzə əl vurmaq və s. üçün maskanın çıxarılması lazım olur. Bəziləri isə hərəkətlidir, yuxarı və aşağı qaldırmaq mümkündür. Yəni mexanizmdən asılı olaraq bu maskaların qiymətləri də fərqlidir". (Axar.az)
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










