Bu məhkəmələr ləğv edildi - Sərəncam

Prezident İlham Əliyev Gəncə Şəhər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb.
Avtosfer.az xəbər verir ki, Sərəncamda deyilir:
“1. Gəncə şəhərində Gəncə Şəhər Məhkəməsi təşkil edilsin.
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi ləğv edilsin.
3. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki:
3.1. Gəncə Şəhər Məhkəməsinin təşkili ilə əlaqədar məhkəmələrin ərazi yurisdiksiyasında müvafiq dəyişikliklər etsin;
3.2. Gəncə Şəhər Məhkəməsinin hakimlərinin ştat sayını müəyyən etsin;
3.3. Gəncə Şəhər Məhkəməsinin hakimlərinin təyin edilməsi ilə bağlı təkliflərini 2022-ci il iyunun 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Gəncə Şəhər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;
4.2. Gəncə Şəhər Məhkəməsinin fəaliyyətinin təşkili ilə bağlı xərclərin 2022-ci ilin dövlət büdcəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi və növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutulması üçün tədbirlər görsün;
4.3. Gəncə Şəhər Məhkəməsinin hakimləri təyin edilənədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin fəaliyyətinin maliyyələşdirilməsini təmin etsin;
4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncamın 1-ci və 2-ci hissələri 2022-ci il iyulun 1-dən qüvvəyə minir”.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












