Bu mənzillərdən alan zaman vasitəçilərdən istifadə etməyin! - XƏBƏRDARLIQ - VİDEO

"Son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar (“maklerlər”) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlarına rast gəlirik. Sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmayın".
Bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həmişov məlumat yayıb.
O qeyd edib ki, çünki mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq, ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur:
"Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub, satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər. Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10-dan (onlayn satışa həmin vaxt başlanacaq) sonra bron edərək ala bilər.
Mənzillərin satış prosesi barədə yayımlanmış videotəlimatda bu barədə ətraflı məlumat təqdim olunur:
Onu da bildirim ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında yerləşən, tam təmirli, indiyədək istifadə olunmamış, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir".
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












