Bu nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu

Bu günə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
O bildirib ki, virusa yoluxanlardan 3-ü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır); 6-sı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (2 nəfər Xidmətin aparatının, 3 nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, 1 nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır); 16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır)".
Nazirlik rəsmisi qeyd edib ki, xəstələrin vəziyyəti yaxşıdır və müalicələri davam edir: "Paralel olaraq nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir. Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür. Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır". ("Report")
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












