Bu ölkədə koronavirusa yoluxan bütün azərbaycanlılar SAĞALDI

“Niderlandda koronavirusa yoluxan bütün vətəndaşlarımız sağalıb”. Bunu Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Ana-Vətən” Azərbaycan Qadınları Birliyinin sədri Maisə Ağamirzəyeva bildirib. Diaspor üzvü Niderland və Belçikadakı vətəndaşlarımız arasında üstünlüyü tələbələrin təşkil etdiyini diqqətə çatdırıb: “Belçikada yeni yoluxma halı ilə bağlı məlumat yoxdur. Bəzi vətəndaşlar Belçikada KOVİD-19-a yoluxduğunu bəlkə də gizlədir. Amma dəqiq məlumatdır ki, Niderlandda mövcud pandemiyaya yoluxan vətəndaşımız yoxdur. Artıq dünəndən etibarən orta təhsil müəssisələri müəyyən qaydalar çərçivəsində fəaliyyətə başlayıb. Çalışdığım xəstəxanada da virusa yoluxanların sayı azalıb. Bəzi yerlərdə maska məcburidir. Amma 13 yaşına dək uşaqlar maska istifadə etməsə də olar.
Vətəndaşlarımızın təxliyyə olunması ilə bağlı xəbər yoxdur, çünki uçuşlar başlamayıb. Niderlandda soydaşlarımızdan heç biri maddi yardım üçün müraciət etməyib. Amma Belçikada 3 nəfər tələbəmizə Diaspor Komitəsi tərəfindən maddi yardım göstərilib”. (Modern.az)
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA











