“Bu, qeyri-leqal taksi fəaliyyətinin qarşısını alacaq” - RƏY

Ölkə ərazisində pandemiyanın yayılmasının qarşısını almaq üçün bir sıra mühüm tədbirlər həyata keçirilir. Bunlardan biri də ictimai nəqliyyat sahəsində, xüsusən də taksi fəaliyyəti üzrə fərqlənmə nişanlarının verilməsi ilə bağlıdır. Belə ki, fərqlənmə nişanlarının taksi şirkətləri vasitəsilə sürücülərə verilməsinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Report”a açıqlama verən nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, xüsusi karantin rejiminin tətbiq edilməsi taksi fəaliyyəti göstərən şəxslərlə bağlı yeni bir yanaşmanın formalaşmasına gətirib çıxarıb:
“Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) ilə operator şirkətlər arasında əlaqələrin qurulması, şirkətlərin tabeçiliyində olan nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydalara və şərtlərə uyğun fəaliyyətinin təşkil edilməsi daha məqsədəuyğundur. Çünki birbaşa olaraq taksi şirkəti qarşısında bu qaydaların bəyan edilməsi və şərtlərin qoyulması daha rahatdır. Taksi şirkətləri hüquqi şəxs olaraq BNA qarşısında müəyyən öhdəliklər daşıdığı üçün tabeçiliyində olan taksilərə müəyyən şərtləri tətbiq etməyə məcbur olur. Burada əsas məsələ xidmət keyfiyyətinin yaxşılaşdırılmasıdır”.
Ekspertin sözlərinə görə, hazırkı şərait bu gün taksi sahəsində mövcud pərakəndəlik və qeyri-mütəşəkkilliyin daha təkmil idaredilməsinə səbəb ola bilər ki, bu da müəyyən formada nizam-intizamın yaranmasına gətirib çıxarar:
“Karantin rejimində bu qaydaların tətbiq edilməsi öz bəhrəsini verən bir haldır və istənilən halda taksi şirkətləri üçün bazalarını təkmilləşdirmək və tabeçiliyində olan taksilər qarşısında müəyyən şərtlərin tətbiq edilməsi ilə bağlı öhdəlikləri müəyyən etmək üçün imkandır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayı təqribən 20 mindən çoxdur və optimal yol BNA-nın fərqlənmə nişanını məhz operator şirkətlər vasitəsilə taksi fəaliyyəti göstərən şəxslərə çatdırmasıdır. Bu da oturuşmuş sistemin qurulması üçün işlək mexanizmin yaradılmasına imkan verir”.
A.Allahverənov əlavə edib ki, karantin qaydaları aradan qaldırıldıqdan sonra da bu sistemin tətbiqi faydalı ola bilər:
“Gələcəkdə də taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs hansısa şirkətlə müqavilə bağlayaraq şirkət qarşısında öhdəliklərini müəyyən edə bilər və fərqənmə nişanını operator şirkət vasitəsilə əldə edə bilər. Belə ki, operator şirkət həmin taksilərin müəyyən tələblərə uyğun fəaliyyətinə nəzarət edərək müəyyən şərtlərə əməl etməsinə şərait yaradacaq. Burada söhbət yalnız rəng və holoqramlardan deyil, eyni zamanda taksometrlərin quraşdırılması kimi tələblərdən də gedir və bu məsələlər də öz həllini tapa bilər. Taksi şirkətləri vasitəsilə fərqlənmə nişanlarının tətbiq edilməsi gələcəkdə qeyri-leqal taksi fəaliyyətinin qarşısını ala bilər. Belə ki, operator şirkətlərlə müqaviləsi olan taksi sürücüləri yalnız agentlik qarşısında deyil, şirkət qarşısında da vergilərin vaxtında ödənilməsi üçün məsuliyyət daşıyacaq”.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










