Bu rayonda koronavirusa görə nəzarət gücləndirildi, polis hərəkətə keçdi

Cəlilabad rayonunun koronavirusa yoluxma hallarının daha çox qeydə alındığı kəndlərində polis nəzarəti gücləndirilib.
Avtosfer.az xəbər verir ki, bununla yanaşı, xüsusi karantin rejiminin tətbiq edildiyi ilk iki gün ərzində 10 nəfərin xüsusi karantin rejimi qaydalarını pozduğu aşkarlanıb. Həmin şəxslər barəsində inzibati cərimələr tətbiq edilib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində kütləvi dezinfeksiya işlərinə start verilib.
Bu məqsədlə komunal xidmətin texnikaları ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı texnikaları dezinfeksiya işlərinin aparıldığı əraziyə cəlb olunub.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl Cəlilabad rayonunun 5 kəndində (Həziabad, Bəcrəvan, Ağdaş, Komanlı və Şıxlar) koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artım dinamikası müşahidə olunub.
Həmin ərazilər arasında ən çox yoluxma hallarının rayonun Ağdaş kəndində olduğu bildirilib. Məlumata görə, bu kənddə 26 nəfərdə koronavirus aşkar edilib.
Xatırladaq ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində iyunun 21-dən iyulun 5-dək xüsusi karantin rejimi tətbiq edilib.(Report)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










