Bu rayonlara avtobus reysləri təxirə salındı

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə daşıyıcılar təlimatlandırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Hazırda Bakıdan rayonlara səfər etmək istəyən sərnişin sayında azalma müşahidə edilir. AYNA tərəfindən istiqamətlər üzrə monitorinq aparılıb. Əksər istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilib. Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan reyslər hava şəraiti ilə bağlı təxirə salınıb.Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarlı hava şəraiti ilə əlaqədar regional mərkəzlərə nəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı
“Qara Cümə” endirimlərinin pərdəarxası: Alıcılar necə aldadılır?
Bakıda tunel və yol layihələri niyə gecikir?- Deputat AÇIQLADI
Şəhərlərarası avtobuslarda standart, komfort və premium xidmətlər – Nə dəyişəcək? - EKSPERT
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!











