Bu rayonlardan keçərkən avtomobili saxlamaq qadağandır

"Fəaliyyətinə icazə verilən şəxslər sərt karantin elan olunan ərazilərdən öz maşınları ilə keçə biləcəklər". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, lakin fəaliyyətinə icazə verilməyən şəxalər gizli yollarla da keçməyə cəhd edərsə məsuliyyətə cəlb olunacaq: "Sərt karantin rejimi tətbiq olunan rayonların kəndlərinə də giriş qadağandır. İsmayıllı rayonundan keçən magistral yollarda hərəkət olacaq. Başqa rayona gedən şəxslər bu yollardan keçə bilər. Lakin həmin ərazidə saxlamaq qadağandır. Onsuz da həmin rayonların ərazisində heç bir obyekt işləməyəcək".
Qeyd edək ki, sərt karantin rejimi Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında tətbiq ediləcək. (Trend)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












