Bu şəxslərin Bakıya girişi üçün güzəşt ediləcək - DANX-dan açıqlama

"Bakı Beynəlxalq Avtovağzalı da daxil olmaqla respublikanın 56 vağzalında iş rejimi gündəlik qaydada davam edir. Hələ ki heç bir dəyişiklik yoxdur. Dəyişiklik olduğu təqdirdə, operativ qərargahın qərarlarına uyğun olaraq hərəkət edəcəyik".
Avtosfer.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.
O bildirib ki, hazırda region, Bakı, yaxud Sumqayıt qeydiyyatı olmasından asılı olmayaraq bütün sərnişinlərin paytaxtdan rayonlara gedişi təmin olunur: "Yalnız Bakıya girişdə qeydiyyatla bağlı məhdudiyyət var. Paytaxt qeydiyyatında olanlara giriş-çıxış sərbəstdir. Martın 29-na qədər region qeydiyyatı olanlar Bakıya daxil ola bilməyəcəklər".
Qurumun sözçüsu bildirib ki, məcburi köçkün və qaçqınlara isə müəyyən güzəştlər tətbiq olunur: "Onların qeydiyyatı Dağlıq Qarabağ bölgələrinədir. Müvəqqəti yaşadıqları yerlə bağlı arayış gətirdikdə, arayışa əsasən şəhərə qayıtmaq üçün onlara bilet təqdim olunacaq".
Nuridə Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt arasında gediş-gəlişdə məhdudiyyət yoxdur, 33 marşrut xətti üzrə 210 avtobus işləyir.
Xatırladaq ki, bu qərarlar avtobuslarla yanaşı, şəxsi avtomobillərə də şamil olunur. Sərnişinlər vəsiqələri yoxlanıldıqdan sonra paytaxta buraxılacaqlar.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












