“Bu simptomları keçirmiş bütün uşaqlar yenidən yoxlanmalıdır”

“Uşaqlar arasında pandemik vəziyyətin olmaması və ya onların bu virusu yüngül keçirtməsi hələ COVID-19 virusu pandemiya mərhələsinə keçmədən öncə inanılan deyildi. Bunu artıq son elmi tədqiqatlar da göstərməkdə davam edir və hətta o tədqiqatlar uşaqlarda simptomların böyüklərdən də tamamən fərqli keçirtməsini sübut edib”.
Bunu APA-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, belə elmi tədqiqatlardan biri də İtaliyada aparılıb: “Bu tədqiqat nəticəsində aydın olub ki, uşaqların bəziləri bu virusu sadə qrip və soyuqdəymə simptomları ilə keçirsə də, müəyyən qismində ürək xəstəliklərində olan simptomlar, ürək ritminin pozulması, ürək əzələsinin zədələnməsi, bundan başqa təzyiqin kəskin düşməsinə rast gəlinən toksik şok sindromu, yüksək hərarət, dəridə və büküşlərdə olan səpgilər, eləcə də qızartılar, ağızın və dodaqların selikli qişasında dəyişikliklər, gözlərdə iltihab, əl və ayaq barmaqlarının dərisinin soyulması və kiçik damar patologiyaları müşayiət edilib. Bütün bunlardan ən önəmlisi isə xəstəliyin gedişinin bu simptomları özündə əks etdirən bildiyimiz klassik “Kawasaki“ sindromundan çox fərqli və bəzi hallarda ağır olmasıdır”.
N. Abdullayev bildirib ki, tədqiqat zamanı bu xəstələrin müəyyən qismi aktiv COVID-19 virus daşıyıcısı olsalar da, müəyyən qismində artıq virusu keçirdiklərinə dair anticism tapılıb: “Bu da o deməkdir ki, uşaqlar bu simptomları mütləq olaraq kəskin fazada deyil, müəyyən zaman keçdikdən sonra orqanizmin virusa qarşı iltihabi reaksiyası kimi biruzə veriblər”.
O qeyd edib ki, bu günə qədər bu istiqamətdə olan bütün elmi tədqiqatların Azərbaycan üçün də xüsusi önəmi var: “Belə ki, bu günə qədər belə simptomlar keçirmiş bütün uşaqlar və onların ailələri yoxlanmalıdır və COVID-19-a yoluxmaları təsdiq olunarsa, pandemiyanın Azərbaycanda yayılması məsələsinə və hansı mərhələdə olmasına daha da aydınlıq gəlmiş olacaq. Bundan başqa isə bu uşaqların həyatı vacib orqanları, xüsusən də ürək və ürəyi qidalandıran damarları ciddi müayinə olunmalıdır, çünki orada baş verə biləcək qalıcı dəyişikliklər gələcəkdə ciddi problemlər yarada bilər”.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO













