Bu təşəbbüs nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə azalda bilər - RƏY

Paytaxt yollarında yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri də məktəblilərin daşınmasıdır.
Avtosfer.az xəbər verir ki, bunu "Finans.az"a Azərbaycan Texniki Universitetinin "Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi" kafedrasının professoru Fuad Həsənov son günlər koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məktəblərdə tədrisin dayandırılmasının nəqliyyat sıxlığı və tıxacların azalmasına təsirindən danışarlən deyib. Ekspertin sözlərinə görə, nəqliyyat sıxlığında azalmaları biz yay tətili və digər tətillər ərəfəsində də müşahidə edirik:
"Bakı üzrə demək olar ki, hər rayonda onlarla məktəb fəaliyyət göstərir. Bu məktəblərə əsasən aşağı sinif şagirdlərini valideynlər öz şəxsi avtomobilləri ilə gətirirlər. Bu da paytaxt küçələrində avtomobil sıxlığına yol açır. Eləcə də, şəxsi avtomobili olmayan valideynlər ictimai nəqliyyata üz tutur və bu da istənilən halda sərnişin sıxlığını artırır. Tətil ərəfəsində evdə və ya iş başında olan valideynlərin şəxsi avtomobilləri ilə yola çıxması nəqliyyat axınını təqribən 20% arırır".
Həmçinin məktəblərin qarşısında yaranan parklanma probleminə toxunan ekspert bildirib ki, bir sıra hallarda sürücülər parklanma ilə bağlı qadağaları kobud şəkildə pozurlar:
"Məktəblərin qarşısında şəxsi avtomobillərini park edən valideynlər yolların keçiciliyini azaldırlar. Bəzi hallarda avtomobillər 2-ci və 3-cü cərgədə park edilir. 4 və ya 5 zolaqlı yollarda üçə yaxın cərgənin tutulması nəqliyyat axınının qarşısını alır və orada tıxaclar yaranır".
Ekspertin sözlərinə görə, mövcud vəziyyət göstərir ki, məktəbli avtobuslarının təşkil edilməsi nəqliyyat sıxlığının aradan qaldırılması üçün olduqca önəmlidir:
"Bir neçə müddət əvvəl məktəbli avtobuslarının yaradılması üçün Təhsil Nazirliyi və Bakı Nəqliyyat Agentliyinin əməkdaşlığa başlaması haqqında məlumat yayılmışdı. Bu layihənin həyata keçirilməsi sıxlıq problemlərinin aradan qaldırılması üçün doğru bir təşəbbüsdür. Məktəblilərin xüsusi avtobuslarla daşınma praktikası bütün dünya üzrə özünü doğruldub. Bu təşəbbüs yollara daha az şəxsi avtomobillərin çıxmasına və nəqliyyat sıxlığının azalmasına əhəmiyyətli təsir göstərəcəkdir".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












