Bu yol insan həyatı üçün təhlükəlidir - VİDEO

Bakıda Nəsimi rayonu ərazisində tikintisi davam edən binada təhlükəsizlik tədbirlərinə əməl edilməməsi həm sürücülərin, həm də piyadaların həyatına təhlükə yaradır. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, hər gün Ceyhun Hacıbəyli və Mirəsədulla Mirqasımov küçəsi ilə hərəkət edən sürücülər və piyadalar yeni inşa edilən çoxmərtəbəli binanın yanından keçərkən bilərəkdən və ya bilməyərəkdən həyatlarını təhlükəyə atırlar. Binanın inşasında istifadə olunan kran hər dəfə hərəkət edərkən Ceyhun Hacıbəyli küçəsindəki avtomobil yolunun üzərindən keçir.
Bu yolla hərəkət edən avtomobillər ciddi təhlükə ilə üz-üzə qalırlar. İşıqforda dayanan avtomobillərin üzərindən ağır yüklər qaldıran kran hərəkət edir, bu azmış kimi tikinti başlayarkən səki də zəbt edilib. Və bununla da piyadaların hərəkəti məhdudlaşdırılıb. Piyadalar məcburən yolun avtomobillər hərəkət edən hissəsindən keçərək yollarına davam etməli olurlar. Bundan başqa, binanın istənilən mərtəbəsindən düşə biləcək bir tikinti materialı belə piyadaların həyatına təhlükə yaradır. Çünki belə qəzaların qarşısını almaq üçün də heç bir tədbir görülməyib.
16 mərtəbəli bina “Konstrakşın Klass” MMC-in sifarişi ilə “Azxin- M” LTD tərəfindən inşa edilir. Qeyd edək ki, Bakıda bu cür təhlükəli tikililərə bir çox yerdə rast gəlmək mümkündür. Tikintidə təhlükəsizlik tədbirlərinə əməl edilməməsi bir neçə dəfə faciələrlə nəticələnib. Kranların aşması, hündür mərtəbədən düşən tikinti materialları insan ölümünə və maddi ziyanlara səbəb olub.



Ölkəmizdə ictimai təhlükəsizlik və kriminal durum tam nəzarət altındadır - ŞƏRH
Qəzada ölən Amalla bağlı məhkəmə hökmləri yayıldı - FOTO
İlduzə Hacıyeva niyə 5 il 2 ay həbs olunub? – Hüquqşünas İZAH ETDİ - FOTO
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
Bölgələrdə turizm obyektlərinin qiymətləri yenə bahalaşıb - İQTİSADÇI
Qazaxıstan Rusiyaya yanacaq satmağa hazırlaşır? – Politoloqdan səs gətirən İDDİA
Avtomobili pandusun qarşısında saxladı; əlilə mane oldu – VİDEO
"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
Nəqliyyat sahəsində azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb
Final matçının fantastik bilet qiymətləri – Ən ucuzu və ən bahası
Bakıda kirayə mənzil qiymətləri niyə artıb? - EKSPERT










